Belarusla sərhəddəki problem müzakirə edilib
Paralel.az xəbər verir ki, Polşanın müdafiə naziri Mariuş Blaşak Pentaqon rəhbəri Lloyd Ostinlə Belarusla sərhəddəki miqrasiya böhranını telefonda müzakirə edib: “Son həftələrdə bir neçə min miqrant Aİ ölkələrinə getmək ümidilə Belarus və Polşa sərhədində toplaşıb. Polşa hakimiyyəti sərhəd təhlükəsizliyini gücləndirib, ordunu cəlb edib və qeyri-qanuni mühacirlərin ölkəyə daxil olmaq cəhdlərinin qarşısını alaraq miqrasiya problemində Minski günahlandırıb.
Belarus bütün bu ittihamları rədd edərək Polşanın miqrantları öz ərazisinə zorla qovduğunu və qaçqınlarla bağlı vəziyyəti süni şəkildə gərginləşdirdiyini iddia edir”.
Nigar