Kəmalə Cəfərovanın cinayət işi üzrə məhkəməsi yekunlaşıb

Kəmalə Cəfərovanın cinayət işi üzrə məhkəməsi yekunlaşıb
 

 

 

Paralel.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İnsan alveri iki və daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham olunana K.Cəfərovanın məhkəməsi keçirilib.

Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən K.Cəfərova 8 il müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, 37 yaşlı Kəmalə Cəfərova cinayət əməllərini 2016 və 2019-cu illərdə həyata keçirib. O, 2016-cı il avqustun 1-dən 16-dək zərərçəkmiş 43 yaşlı N.A-nı, 2019-cu il mayın 11-dən 16-dək olan dövr ərzində isə 34 yaşlı Ş.M-nı Türkiyənin Konya şəhərinə aparıb. Daha sonra isə orada qurbanlarını cinsi istismara məcbur edib.

Hər iki zərərçəkmişin Bakının Binəqədi rayonundan Türkiyəyə aparıldığı bildirilir.

 

Şahnaz Saleh

0.022504091262817