Ermənistandan açıqlama!
"Biz ilkin şərt olmadan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırıq"
Paralel.az tırk mediasına istinadən xəbər verir ki. Ermənistanın xarici işlər naziri Vaan Unanyan bildirib ki, İrəvan heç bir şərt olmadan Ankara ilə münasibətləri normallaşdırmağa hazırdır və bu barədə Moskvanı məlumatlandırıb.
Erməni mətbuatına açıqlama verən Vaan Unanyan deyib ki, Ermənistan hökumətinin proqramında İrəvanın heç bir ilkin şərt olmadan Ankara ilə münasibətləri normallaşdırmağa hər zaman hazır olduğu bildirilib. Bir sıra beynəlxalq tərəfdaşlar, o cümlədən müttəfiqimiz Rusiya bəyan edib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə töhfə verməyə hazırdırlar:
“Rusiyalı tərəfdaşlarımızla məsləhətləşmələr zamanı heç bir ilkin şərt olmadan münasibətləri normallaşdırmağa hazır olduğumuzu bildirdik”.
Sputnik Türkiyə xəbər verir ki, Unanyan hazırda Ermənistan və Türkiyə arasında heç bir danışıqlar prosesinin olmadığını vurğulayıb. Bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması imkanları barədə Rusiya ilə məsləhətləşdiklərini bildirmişdi. O, qeyd edib ki, Ermənistanın baş naziri Paşinyan Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyir.
Akif Nəsirli