İranlı millət vəkili döyüldü

İranlı millət vəkili döyüldü
 

Paralel.az xəbər verir ki, Şərqi Azərbaycan vilayətinin Vərziğan şəhərindən İran parlamentinə seçilmiş Allahverdi Dehqani narazı seçicilər tərəfindən döyülüb.

Bu haqda sosial şəbəkələrdə xəbər yayılıb. Məlumata görə, toy mərasiminə qatılan millət vəkili ağır şəkildə döyülüb, paltarı cırılıb və təhqir olunub.
A. Nəsirli

0.033929824829102