Politoloqlar Zelenskinin gələcəyini şərh edir
Paralel.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski 2024-cü ildə keçiriləcək seçkilərdə uduzacağı təqdirdə ölkəni tərk etməli olacaq.
Bunu politoloq Ruslan Bortnik deyib: “Zelenski prezident seçkilərində uduzsa, düşünürəm ki, onu mühacirət gözləyir”.
Ukraynalı ekspert Taras Zaqorodnı isə bir müddət öncə deyib ki, Zelenski tezliklə “siyasi ölüm”lə üzləşəcək: “Sorğulara görə, hazırkı prezidenti seçicilərin təxminən 25 faizi dəstəkləyir. Göstəricinin daha da aşağı düşməsinə “tariflərlə bağlı qalmaqallar” və “deputatlar ətrafındakı çılğınlıq” təsir göstərəcək”.
Nigar