Sahibkarlar aksiyada
Paralel.az xəbər verir ki, Kiyevdə sahibkarlar mitinq ediblər: “Onlar Kiyevin mərkəzindən prezident Zelenskinin ofisinə doğru yürüş edərək, “biznesə təzyiq etməməyi” və biznesi dəstəkləmək üçün bir sıra qanun layihələrinin qəbulunu tələb edib.
Ali Radanın binası yaxınlığında aksiya keçirən sahibkarlar problemlərinə diqqət yetirməyi, sadələşdirilmiş vergitutma sisteminin saxlanmasını tələb ediblər. Daha sonra onlar Zelenskinin ofisinə yürüş ediblər.
Parlamentin binasından prezident ofisinə qədərki yürüşdə minə yaxın insan iştirak edib. Sahibkarlar Zelenskinin ofisi yaxınlığında yürüşü başa vurub və orada aksiyaya başlayıb”.
Nigar