Barbados Britaniya tacının hökmranlığından çıxaraq respublikaya çevrildi

Barbados Britaniya tacının hökmranlığından çıxaraq respublikaya çevrildi
 

Britaniya kraliçası Barbadosda dövlət başçısı səlahiyyətini itirdi, Sandra Meyson prezident oldu.

Yeni dövlət başçısının rəsmi andiçmə mərasimindən sonra Bridctaun şəhərinin mərkəzində hərbi parad keçirilib.

Mərasimdə Britaniya taxtının varisi, Uels şahzadəsi Çarlz iştirak edib.

Sentyabrın sonunda baş nazir Mia Motley Barbadosun parlament respublikasına çevriləcəyini açıqladı. Bundan əvvəl parlament yekdilliklə Barbadosun Britaniya Millətlər Birliyindən çıxmasına imkan verən konstitusiya dəyişikliklərini dəstəkləyib.

Barbados Böyük Britaniyanın rəhbərlik etdiyi Birlik daxilində müstəqil dövlətdir. Ölkənin hələ 1966-cı ilin noyabrında müstəqillik əldə etməsinə baxmayaraq, dövlət başçısı general-qubernator (son vaxtlara qədər Sandra Meyson) tərəfindən təmsil olunan Britaniya kraliçası idi.

Barbados Karib dənizinin şərq hissəsində yerləşir, adada 300 minə yaxın insan yaşayır.
Akif Nəsirli

0.041025876998901