Minaya düşən şəxsin görüntüləri yayılıb

Minaya düşən şəxsin görüntüləri yayılıb
 

Paralel.az xəbər verir ki, Mehdili kəndi ərazisində 1980-ci il təvəllüdlü Natiq Mamedovun təmir-tikinti işləri apararkən minaya düşərək xəsarət almasından sonra ərazidən sürünə-sürünə çıxmasını əks etdirən görüntülər yayılıb. 
Qeyd edək ki, hadisədən sonra prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. 
Aparılan araşdırmalarla müəyyən edilib ki, Natiq Mamedovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı travmatik amputasiya olunub.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

 

0.015902042388916