Helikopterimiz qəzaya uğrayıb

Helikopterimiz qəzaya uğrayıb
 

Paralel.az xəbər verir ki, saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. 
Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var. Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir.

Şahnaz

0.014916896820068