Küçə heyvanlarını əzməyək!

Küçə heyvanlarını əzməyək!
 

Havalar get-gedə soyuduğu üçün sahibsiz küçə heyvanları, xüsusən də, pişiklər isti yer tapmağa çalışırlar. Bunun üçün onlar ən çox məhz avtomobillərin altı, mühərrikxana, təkərin üstü və s. yerləri seçirlər. Dəfələrlə sosial şəbəkələrdə bununla bağlı görüntülər paylaşılaraq, insanlara bilgilər verilib. Həmin foto və videolar da izləyicilər tərəfindən müsbət qarşılanıb və izləyicilər sürücülərə diqqətli olmağı məsləhət görüb.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, avtomobil sahibləri nəqliyyat vasitəsini işə salmazdan əvvəl onun ətrafında dövrə vurub diqqət yetirsinlər:

“Əvvəla bildirmək istəyirəm ki, hər bir nəqliyyat vasitəsinin sahibi gündəlik olaraq, avtomobilin texniki sazlığına, onun vəziyyətinə diqqət yetirməlidir. Texniki sazlıqdan başqa, avtomobilin morfoloji əlamətlərinə də diqqət yetirmək lazımdır", - o, deyib.
Paralel.az

0.014904975891113