Saakaşvilinin məhkəməsində 15 nəfər həbs edildi

Saakaşvilinin məhkəməsində 15 nəfər həbs edildi
 

Tbilisi Şəhər Məhkəməsinin binası qarşısında eks prezident Mixail Saakaşviliyə dəstək məqsədi ilə keçirilən etiraz aksiyası zamanı 15 nəfər saxlanılıb.

Paralel.az 24News.ge-yə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin şəxslər polisin qanuni tələbinə əməl etməyərək İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələrini pozduqları üçün saxlanılıblar.

Xatırladaq ki, aksiya zamanı müxalifət lideri Gigi Uqulava da polis tərəfindən saxlanılıb.
Akif Nəsirli

0.045119047164917