Keçmiş nazir SSRİ-nin dağılmasının daxili səbəbini göstərdi
Keçmiş xarici işlər naziri İvanov: "SSRİ bazar iqtisadiyyatına keçid planının olmaması səbəbindən dağıldı"
Paralel.az xəbər verir ki, Rusiyanın keçmiş xarici işlər naziri İqor İvanov SSRİ-nin dağılmasının xarici siyasətlə deyil, ölkə daxilindəki iqtisadi problemlərlə bağlı olduğunu bildirib. O, “Kommersant”a müsahibəsində bu səbəbin adını çəkib.
İvanovun qeyd etdiyi kimi, SSRİ-nin ilk və yeganə prezidenti Mixail Qorbaçovun populyarlığına baxmayaraq, o, sosial-iqtisadi siyasət və boş piştaxtalar səbəbindən xalqın dəstəyini itirdi.
“Düşünürəm ki, bunlar daxili problemlərdir, ilk növbədə iqtisadiyyatla bağlıdır. Bizdə əslində yüz faiz mərkəzləşmiş sovet iqtisadiyyatından bazar iqtisadiyyatına keçidin aydın planı formalaşdırılmamışdı, ən azı mən bunu görməmişəm, eşitməmişəm. Keçmiş xarici işlər naziri bildirib ki, kortəbii çökmə baş verdi, bu da ona gətirib çıxardı.
Bundan əvvəl Rusiya Federasiyası Kommunist Partiyasının rəhbəri Gennadi Zyuqanov ölkənin dağılmasına görə Qorbaçovu həbsə atmağa çağırıb. Siyasətçinin fikrincə, Qorbaçov “xalqların vahid Sovet ölkəsində yaşamaq iradəsinin üstündən xətt çəkib” və buna vətəndaşların 77 faizi səs verib.
Akif Nəsirli