Ukraynada xarici qoşunların olması qanunla tənzimlənəcək
Paralel.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski 2022-ci ildə beynəlxalq təlimlərdə iştirak etmək üçün ölkəyə xarici qoşunların qəbulu haqqında qanun layihəsini Ali Radada qeydə alıb: “Ukrayna qanunvericiliyinə görə, ölkə ərazisində qanunla nəzərdə tutulmayan hər hansı hərbi birləşmələrin fəaliyyət göstərməsi qadağandır.
Ukraynada xarici hərbi bazaların yerləşdirilməsinə icazə verilmir. Ona görə də prezidentin təklifi ilə hər dəfə xüsusi qanunla ölkəyə xarici qoşunların buraxılmasına icazə verilir.
Qanun layihəsinin mətni hələlik Radanın saytında yer almayıb”.
Nigar