Ermənistanda etiraz aksiyası
Paralel.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın paytaxtı İrəvanda yenidən etiraz aksiyası baslayıb.
Aksiya iştirakçıları Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiyasına dair müzakirə olunan məsələləri ictimaiyyətə açıqlanmasını tələb edirlər.
Aksiya zamanı iştirakçılar yolları bağlayıb. Nəticədə Saxarova meydanında hərəkət iflic vəziyyətə düşüb.
Polislərin tələblərinə riayət etməyən 6 iştirakçı saxlanılıb.
Qeyd edək ki, son bir neçə həftədir ki, Ermənistanda müxalif qüvvələr və ictimai təşkilatlar etiraz aksiyaları təşkil edirlər.
Akif Nəsirli