Ermənistan Türkiyədən qorxur

Ermənistan Türkiyədən qorxur
 

Paralel.az xəbər verir ki, erməni mətbuatı regiondakı durumunu belə xarakterizə edib: “Türkiyə iqtisadiyyatındakı bütün problemlərə baxmayaraq, Orta Asiyada təsirini genişləndirir. Türkiyə Krım məsələsində Ukraynaya getdikcə daha çox dəstək verir, əslində Vladimir Putinə şəxsən açıq meydan oxuyur. Onun geri qazanmaq şansı böyük idi. Sadəcə olaraq ölkəmizi hərbi təcavüzdən qoruyaraq Ermənistan qarşısında bütün tarixi, siyasi, hətta hüquqi öhdəlikləri yerinə yetirmək kifayət idi.
Putin bunu etmədi. Məlum oldu ki, rus ordusunun hərbi qüdrəti ilə bağlı bütün sözlər yalnız daxili auditoriya üçün nəzərdə tutulub. Türkiyə ilə birbaşa, üzbəüz münaqişəyə getmək zərurəti yaranan kimi Kreml əyləci basdı.
Ermənistanın KTMT-yə gələcək üzvlüyü mənasızdır. Onun bir sıra üzvləri artıq açıq şəkildə Türkiyəyə meyl edirlər.
Amma Kreml bu fakta da göz yumur. Çünki onun bu prosesə hansısa formada müqavimət göstərmək qabiliyyəti yoxdur”.
Nigar

0.028455018997192