Davut Tonayanın həbs müddəti uzadıldı

Davut Tonayanın həbs müddəti uzadıldı
 

Paralel.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın sabiq müdafiə naziri David Tonoyan daha 2 ay həbsdə qalacaq.

Məhkəmə David Tonoyanın həbsi ilə bağlı məsələyə 3 gün ərzində baxıb, qərar noyabrın 27-də dərc olunub.

Qeyd edək ki, 2018-2020-ci illərdə müdafiə naziri postunu tutan D. Tonoyan sentyabrın 30-da Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. O, təxminən 4,7 milyon dollar vəsaiti mənimsəməkdə və saxtakarlıqda ittiham olunur.
A.Nəsirli

0.027338027954102