Türkmənistan qazı İran və Azərbaycan üzərindən ixrac ediləcək

Türkmənistan qazı İran və Azərbaycan üzərindən ixrac ediləcək
 

Paralel.az xəbər verir ki, Azərbaycan və İran Türkmənistan qazının Azərbaycana nəqli ilə bağlı razılaşma imzalayıblar.

Müqaviləyə əsasən, il ərzində Türkmənistandan Azərbaycana İran üzərindən 1,5-2 milyard kubmetr qaz nəql olunacaq.

Qeyd edək ki, bu tranzit qaz xətti Bakıda BTƏ qaz ixrac boru kəmərinə qoşularaq, həm Avropanın enerji təhlükəsizliyinə, həm də Azərbaycanla yanaşı, İran və Türkmənistan iqtisadiyyatına töhfə verəcək.
Akif Nəsirli

0.035989999771118