"Omikron" artıq Rusiyadadır
Paralel.az Rusiya mediasına istinadən xəbər verir ki, koronavirusun Afrikada aşkarlanmış yeni "omikron" ştammı artıq Rusiyada var.
Rusiyali senator Vladimir Kruqlıy bildirib ki, virusu ölkəyə Misirə turist kimi gedən vətəndaş gətirib.
Qeyd edək ki, virusoloq mütəxəssislərin fikrincə "omikron" Rusiyada, o cümlədən digər ölkələrdə də yarana bilər. Mütəxəssislərin fikrincə, harada yoluxma sayı çoxdursa, orada virusun mütasiya etmək ehtimalı böyükdür.
A. Nəsirli