İki hərbiçimiz minaya düşüb

İki hərbiçimiz minaya düşüb
 

Paralel.az xəbər verir ki, Füzuli rayonunun Şükürbəyli kəndində Daxili Qoşunların iki hərbçisi piyada əleyhinə minaya düşüb.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Füzuli rayonunda yerləşən N saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçuları minaya düşüb.

Minaya düşmüş hərbçilərimizin ayaqları ambutasiya edilib, onlar həkim nəzarəti altındadırlar.

Faktla bağlı araşdırma aparılır.
A. Nəsirli

0.0121750831604