Bakıda 14 mərtəbədən hündür bina tikilməyəcək

Bakıda 14 mərtəbədən hündür bina tikilməyəcək
 

Paralel.az xəbər verir ki, Bakının mərkəzində 12-14 mərtəbədən artıq nə yaşayış, nə də inzibati binaların tikintisinə artıq icazə verilməyəcək.

Səbəb kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (DTAK) müəyyən etdiyi və artıq rəsmən təsdiqlənmiş yeni qaydaların qüvvəyə minməsi göstərilir. Yeni qaydalar təkcə bundan sonra inşa ediləcək binalara deyil, 2019-cu ildən bəri tikintisinə icazə verilmiş və hazırda inşası davam edən bina və obyektlərə də şamil olunur.
A. Nəsirli

0.03165602684021