İnsanlar kimə inansın?

İnsanlar kimə inansın?
 
Yalanla yaşamağın bahalıq dərdi
 
Paralel.az xəbər verir ki, bazarlar «od tutub yansa da», marketlərdə qiymətlər «at belinə» çıxsa da, məmurlar bu reallığı görmək istəmirlər. Bir də baxırsan, samballı adamdır, nazirdir, yaxud müavinidir, ya deputatdır, fərq etməz,deyir ki, enerıi daşıyıcılarının qiymətinin arması, bazarda qiymət artımına səbəb olmayacaq, bu süni qiymət artımıdır. Bu süni qiymət artımının arxasında kimlərin durduğunu isə açıqlamır. Bilirsiniz niyə, çünki onlardan biri də, onun özüdür.
Bugünlərdə isə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova etiraf edib ki, bahalaşmada idxal məhsulları ilə yanaşı, enerji daşıyıcılarının qiymət artımı da öz təsirini göstərir:»İstehlak bazarımızda aparılan təhlillər və müşahidələr göstərir ki, qiymət artımının əsas səbəbi idxal məhsullarıdır. Eyni zamanda daşınma xərcləri və enerji xərclərinin artımı da qiymət artımına təsir edən amillərdir».Nəhayət ki, bir qadın məmurun bunu etiraf etməyə gücü çatdı.
Amma hələ də, heç kim ölkəyə hansı məhsulların idxal olunmadığını dilinə gətirmir. Bu isə onu deməyə əsas verir ki, ölkəmizdə heç nə istehsal olunmur, biz idxaldan tam asılı vəziyyətdə olan bir dövlətik. Neft erası sona çatan anda bizi də, bəzi Afrika ölkələri kimi ac-yalavac qalmaq təhlükəsi gözləyir. Məhz bu səbəbdən də, məmurlarımız imkan düşmüşkən xalqın və dövlətin sərvətlərini talayaraq, əcnəbi ölkələrə daşıyırlar.
Yusif Seyid
0.016682863235474