Bitib-tükənməyən tıxac problemi

Bitib-tükənməyən tıxac problemi
 
Əsas səbəb şəhərsalma mədəniyyətinin olmamasıdır
 
Paralel.az xəbər verir ki, hazırda daha çox müzakirə olunan, bitib-tükənməyən, sonu görünməyən problemlərdən biri də, Bakı şəhərini iflic vəziyyətinə salan tıxaclardır. Amma, onu da qeyd etmək lazımdır ki, tıxac təkcə Bakının problemi deyil. Siz respublikamızın istənilən rayon mərkəzində eyni situasiya ilə üzləşə bilərsiniz. Bu isə o deməkdir ki, ölkəmizdə şəhərsalma mədəniyyəti sıfr vəziyyətindədir. Tıxac yaradan əsas səbəb də, məhz şəhər infrastrukturunun düzgün qurulmamasıdır. Bu səhvi düzəltmək üçün isə ilk növbədə şəhərləri tikinti mafiyasının caynağından xilas etmək lazımdır.    
Şəhər nəqliyyatı infrastrukturunun yenilənməsi də, əsas məsələlərdən biridir. Şəhər nəqliyyat sistemi saat mexanizmi kimi dəqiq işləməlidir ki, insanlar şəxsi avtomobillərindən daha az istifadə etsinlər.
Bu iki əsas problem öz həllini taparsa, paytaxt Bakıda, eləcə də ölkəmizin digər şəhərlərində insanlarımızın rahat nəfəs alması mümkün olacaq. Əks təqdirdə, bütün bu danışıqların, müzakirələrin, mübahisələrin və mülahizələrin heç bir nəticəsi olmayacaq.
Yusif
0.012480974197388