Erməni milyarder siyasətə qatılır
Paralel.az xəbər verir ki, milyarder Ruben Vardanyan siyasi karyeraya başlamaq niyyətində olduğunu bildirib: “Ermənistanın inkişafı ilə bağlı vacib suallara cavab tapmağın fəal mərhələsindəyəm.
Ölkə çox ağır vəziyyətdədir. Həqiqi gələcək tamamilə qeyri-müəyyəndir.
Hazırda Ermənistanın müstəqil dövlət kimi saxlanılması məsələsi aktualdır. Belə bir şəraitdə dövlət başçısı olmaq məsuliyyətini öz üzərinə götürmək çox cəsarətli və riskli insan olmaq deməkdir.
Birləşən elita bunun düzgün qərar olduğunu düşünürsə, istər mən, istərsə də başqası olsun, istənilən qərar mümkündür. Çünki mən millətimin ayaqqabıçısı olmağa hazıram.
Mən Ermənistanın gələcəyini, o cümlədən bunun üçün məsuliyyəti öz üzərimə götürməyə hazır olanlardan biriyəm”.
Nigar