Erməni vəkil “ləyaqət”dən danışır

Erməni vəkil “ləyaqət”dən danışır
 

Paralel.az xəbər verir ki, vəkil Tiqran Atanesyan “layiqli ölkədə yaşamaq istəyirsinizsə, layiqli lideriniz olsun” deyib.  Heç nəyə layiq olmayan ermənilikdən  bəhs edən vəkilin dedikləri  olmayacaq dövlətçiliyi imitasiya edir: “Həyat göstərdi ki, millətin şərəf və ləyaqəti yoxdur.
II Qaqik Baqratunin və VII Levon Lusinyanın şərəf və ləyaqəti var idi, onlar öz tabeliyində olanların alçaqlığını görüb ölkəni tərk etdilər. O zamanlar dövlətçiliyi bərpa etməyə namus və ləyaqəti çatmayan xalq bu gün özünə namussuz, əxlaqsız rəhbərlər seçib və deyəsən, ümumbəşəri rəzalətdən doymaq bilmir.
Əgər ləyaqətli ölkədə yaşamaq, layiqli liderə sahib olmaq istəyirsinizsə, qurtuluş formulu budur. Biz 500 il ləyaqətlə yaşamalıyıq ki, bəlkə də nə vaxtsa bizim respublikamız olsun, nəinki bu yarımdövlət qurumu”.
Nigar

0.048089981079102