Kibertəhlükəsizlik təlimi keçirilir

Kibertəhlükəsizlik təlimi keçirilir
 

Paralel.az xəbər verir ki, bu gün Bakıda kibertəhlükəsizlik mövzusunda təlim keçirilir.

Təlim Bakı Gənclər evinin təşkilatçılığı ilə eyniadlı məkanda saat 12:00-da baş tutacaq.

Təlimçi rolunda KTLab Kiber Təhlükəsizlik Laboratoriyasının Rəhbəri Kibertəhlükəsizlik mütəxəssisi Şahin Əliyev iştirak edəcək. Təlimdə kibertəhlükəsizliyə dair suallarınızın, ümumi təhlil, araşdırma və inkişaf yolları barədə də danışılacaq.

Master-klasın əsas mövzuları:

Kibertəhlükəsizlik nədir
Karyera mərhələləri
Sertifikat proqramları
Zərərli hücumlardan qorunma
Şəxsi məlumatların qorunması
Real hücum nümunəsi
Azərbaycanda KT inkişafı

İştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat üçün +994 99 304 45 94 nömrəsilə əlaqə saxlaya bilərsiniz.
A.Nəsirli

0.022883176803589