Avropaya giriş məhdudlaşdırıla bilər

Avropaya giriş məhdudlaşdırıla bilər
 

Paralel.az-"ın məlumatına görə, Avropa İttifaqının səhiyyə məsələlərı üzrə komissarı Stella Kiriakides öz bəyanatında bildirib ki, Avropada pandemiya ilə bağlı vəziyyət narahatedicidir və son vaxtlar yoluxmada ciddi artım müşahidə olunur.

Xanım Stella Kiriakides əlavə edib ki, pandemiyanın pisləşməsi ilə əlaqədar Avropa İttifaqının (Aİ) sərhədlərinin keçilməsi ilə bağlı qaydalar tezliklə dəyişəcək.

"Dekabr və yanvar aylarında xəstəxanalarda yüklənmə olacaq. Ölkə əhalisinin 80%-i vaksinasiya olunmayan bütün ölkələr ciddi, eyni zamanda cəmiyyət üçün çətin addımlar atmalıdır. Bir neçə gündən sonra Avropa İttifaqının sərhədlərini keçmə qaydaları dəyişdiriləcək. Pandemiyanın pisləşməsi dövlətlər arasında verilən məlumatların yenilənməsini tələb edir. Dekabr və yanvar aylarında səhiyyə sisteminə təzyiq artacaq. Biz sərt qışa hazırlaşmalıyıq", - Avropa İttifaqının Səhiyyə məsələləri üzrə Komissarı bildirib.
Akif Nəsirli

0.041201829910278