İlin sonuna kimi 700 min şəxs Rusiya vətəndaşlığı alacaq
Paralel.az xəbər verir ki, 2021-ci ilin sonuna kimi 700 minə yaxın insan Rusiya vətəndaşlığını alacaq. Miqrasiya Məsələləri üzrə Baş İdarənin rəis müavini Kirill Adzinov bildirib: “Vətəndaşlığa qəbul dərəcələri düzəlişlər nəzərə alınmaqla, xeyli artıb. Biz hətta 90-cı illərin tarixi maksimumunu keçmişik. O zaman demək olar ki, 470 min nəfərin vətəndaşlığa qəbulu olub.
Proqnozlarımıza görə, bu il keçənilki rəqəmləri keçəcəyik. Bu, təxminən 700 min nəfər olacaq”.
Nigar