Şaxtaçılar mədəndə tüstüdən boğulublar
Paralel.az xəbər verir ki, “Listvyajnaya” müəssisəsində 9 şaxtaçı tüstünün qurbanı olub: “Əvvəl 6 nəfərin öldüyü bildirilib, təxminən 40 nəfər yaralanıb.
Hadisə noyabrın 25-i saat 08:30 radələrində (Moskva vaxtı ilə 04:30) Belovo şəhər tipli Qramoteinski qəsəbəsində baş verib. Həmin an yerin altında 285 nəfər olub, onlardan 237-si üst səthə çıxarılıb. Hadisə yerində 19 xilasetmə bölməsi və 30 xüsusi texnika var.
Mədən ölkənin ilk 3 kömür istehsalçısından biri olan SDS-Ugol holdinqinə məxsusdur və Egozovo-Krasnoyarsk yatağının ehtiyatlarını işlədir”.
Nigar