Paslanan ABŞ donanması

Paslanan ABŞ donanması
 

Paslı ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri 1991-ci ildəki Sovet gəmilərini xatırladır

Paralel.az "19fortyfive" portalına istinadən yazır ki, Amerika döyüş gəmiləri onilliklər boyu idarəçilik səhvləri və donanmanın vəziyyətinə etinasızlıq səbəbindən paslanır və yararsız hala düşür.

"Keçən ay Atlantik Donanmasının qərargahının yerləşdiyi Norfolkdakı bazaya baş çəkdim. Gördüklərimdən dəhşətə gəldim. Bu mənə 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra paslanan sovet donanmasının hekayələrini xatırlatdı" - , deyə məqalə müəllifi Con Rossomando yazıb.

Təhlilçinin fikrincə, o, mətbuatda bu problemi ilk qeyd edəndən çox uzaqdır. Artıq bir neçə ildir ki, mütəxəssislər gəmilərin vəziyyətinin pisləşməsindən yazır.

Rossomandonun fikrincə, bu, işçilərin idarəedici səriştəsizliyi və səhlənkarlığı ilə bağlıdır.

“Paslanmış donanma rəhbərliyinin təkəbbürünü və səmərəsizliyini və ya ən azı hərbi strukturda intizam sanksiyaları nəzərdə tutmayan, həddindən artıq bürokratiyanı simvolizə edir”, - jurnalist bildirib.

Rossomando, donanmadakı infrastruktur böhranına da işarə etdi. Belə ki, son 30 ildə gəmiqayırma zavodlarının sayı səkkizdən dördə qədər azalıb, ordunun ehtiyacları isə ancaq artıb. Bəzi obyektlərdə hələ də 80 illik köhnə avadanlıqdan istifadə olunur.

Bundan əlavə, müəllif Konqresi esminesləri və təyyarədaşıyanları belə vəziyyətə gətirənləri məsuliyyətə cəlb etməyə çağırıb.
Akif Nəsirli

0.16512084007263