ABŞ prezidenti əməliyyat edildi
Paralel.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden xərçəngdən əvvəlki mərhələdə olan adenomanın çıxarılması üçün əməliyyat olunub. Bu barədə Ağ Evin həkimi Kevin O'Connor məlumat verib.
79 yaşlı siyasətçinin tibbi müayinəsi ötən həftə baş tutub. Həkimlər onun səhhətinin vəziyyətini ona dövlət başçısı və ali baş komandan kimi fəaliyyət göstərməyə imkan verəcəyini hesab ediblər.
"Prezident Baydenin yuxarı qalxan bağırsaqdan 3 mm-lik xoşxasiyyətli polip çıxarılıb... Histoloji nümunə 2008-ci ildə ondan çıxarılan polipə bənzər boru adenoması kimi müəyyən edilib", - press-relizdə deyilir.
O'Connor izah etdi ki, boru adenoması xoşxassəlidir və yavaş-yavaş böyüyür. Həkimlərin sözlərinə görə, hazırda əlavə müdaxiləyə ehtiyac yoxdur. Dövlət başçısına planlı müşahidə göstərilir.
Əməliyyat müddətində Bayden səlahiyyətlərini vitse-prezident Kamala Harrisə ötürdü.
Akif Nəsirli