Politoloq: “Ağ Ev Rusiya ilə genişmiqyaslı müharibəyə hazır deyil”
Paralel.az xəbər verir ki, rus mediası politoloq Sergey Sudakovdan sitat gətirib: “Birləşmiş Ştatlarda və NATO ölkələrində anti-Rusiya və Çin əleyhinə ritorika son vaxtlar çox qəzəb doğurur.
Bunun bir sıra səbəbləri var. Birincisi, iqtisadi modellər dəyişir. Koronavirus pandemiyası ABŞ-ı ağrılı şəkildə vurub. Daha sonra, amerikalıların 20 illik müharibədən sonra Əfqanıstandan qaçması dünyaya Vaşinqtonun hər şeyə qadir olmadığını göstərib.
ABŞ-ın nüfuzu artıq iki il əvvəlki qədər yüksək deyil. Buna görə də hakimiyyət dünya düzənini təhdid edən xarici düşmən obrazının yaradılmasına diqqət yetirib.
Amerikalılar son hərəkətləri və bəyanatları ilə müttəfiqlərinə böyük dünya gücləri ilə münaqişəyə girməyə hazır olduqlarını nümayiş etdirmək istəyirlər.
Ağ Ev Rusiya ilə genişmiqyaslı müharibəyə hazır deyil. Amma Rusiya sərhədlərində hərbi təxribatların olması ehtimalı çox yüksəkdir”.
Nigar