Yaponiya Kuril adalarındakı təlimdən narahatdır
Paralel.az xəbər verir ki, Yaponiya mətbuatı Rusiyanın Kuril adalarında S-300 raket sistemlərindən istifadə etdiyi təlimlərlə bağlı xəbər yayıb. Xəbərə görə, Müdafiə Nazirliyi Kuril adalarında yerləşdirilən S-300V4 zenit-raket komplekslərinin ekipajlarının hava hücumunu dəf etmək üçün təlim keçirib.
Yapon jurnalistin fikrincə, Rusiya bu hərəkəti ilə “Cənubi Kuril adalarında özünün yüksək səviyyəli zenit potensialını nümayiş etdirmək istəyib”.
Xəbərdə deyilib ki, Rusiya hakimiyyəti dəfələrlə vurğulayıb ki, Yaponiya ilk növbədə İkinci Dünya Müharibəsinin nəticələrini, o cümlədən Rusiyanın Cənubi Kuril adaları üzərində suverenliyini tanımalıdır. Eyni zamanda, “Moskva da dəfələrlə qeyd edib ki, Rusiya heç bir dövləti təhdid etmir və aqressiv planlara sığınmır”.
Nigar