Ermənistan özünü  Ukraynaya bənzədir

Ermənistan özünü  Ukraynaya bənzədir
 

Paralel.az xəbər verir ki, erməni mətbuatına görə, ölkədəki vəziyyət Ukraynadakı kimidir: “Ermənistandakı vəziyyət getdikcə daha çox Ukraynadakı vəziyyəti xatırladır. Bizim də hakimiyyətdə təlxək var. Düzdür, o, peşəkar deyil. Amma bu, işimizi asanlaşdırmır.
 Zelenski kimi Paşinyan da öz ölkəsinə xəyanət edir. Ukrayna ali rəhbərliyinin bu ölkənin milli maraqlarına xəyanət etməsi faktı var.
 Bizdə  də lağbaz hakimiyyətdədir. Aydındır ki, o özünü günahkar hesab etmir. Əks halda, Paşinyan xalqımıza baha başa gələn bütün səhvlərə görə peşman olaraq, öz istəyi ilə çoxdan istefa verərdi.
O, hakimiyyətin itirilməsiylə ona qarşı cinayət işlərinin başlanacağını gözəl bildiyindən vəzifəsindən möhkəm yapışır. O, açıq şəkildə bəyan edir ki, müharibədə məğlubiyyət onun üçün əsas faciə deyil.
 Rusiyanın Ukrayna üçün, Azərbaycanın isə Ermənistan üçün düşmən olması məsələnin mahiyyətini dəyişmir”.
Nigar

0.03880500793457