Hökumət bahalaşma suçunu çiynindən atmaq istəyir

Hökumət bahalaşma suçunu çiynindən atmaq istəyir
 

Bahalaşmaya təsir edən amillər keçici olmadığından qiymət artımının davam edəcəyi gözlənilir

 Srağagün Azərbaycan parlamentində gələn ilin dövlət büdcəsi ikinci oxunuşda müzakirə edilən zaman maraqlı məsələlər ortaya çıxdı. Haqlı olaraq ölkədəki bahalaşma Milli Məclisin müzakirəsinə çıxarıldı. Müzakirələr zamanı hökumət adından çıxış edən İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova görünür ona bahalaşma ilə bağlı  sual veriləcəyi barədə məlumətlı olub. Çünki çıxışından hiss edilirdi ki, Sevinc xanım parlamentə "ev tapşırığı" ilə gəlib. S. Həsənova Azərbaycan iqtisadiyyatında baş verən sürətli davamlı bahalaşmanı, yalnız xarici amillərlə əlaqələndirdi. Onun fikrincə, dünya bazarında bahalaşma getdiyi üçün Azərbaycanda da bahalaşma geniş vüsət alıb. Sevinc xanımın movqeyini dəyərləndirməzdən əvvəl oxucuların diqqətinə bir məqamı yönəltmək istəyirəm. Azərbaycan hökuməti heç vaxt iqtisadi problemləri Milli Məclisdə müzakirə etməyi xoşlamır. Bəs əcəb, indi ölkədə sürətlənən bahalaşmanı müzakirəyə çıxarmaq qərarına gəlib? Heç kimin şübhəsi olmasın ki, srağagün parlamentdə açılan müzakirə hökumətin təklifi ilə reallaşıb. Hökumətin əlində nəzəri baxımdan çox möhkəm əsas var ki, bütün dünyada bahalaşma gedir, Azərbaycan da dünyanın bir hissəsi olduğu üçün bizdə qiymətlər yüksəlir. İlk baxışdan çox tutarlı faktdır. Məhz ona görə, hökumət könül xoşluğu ilə bahalaşmanın müzakirəsini parlamentə sifariş verib. Amma məsələ burasındadır ki, Azərbaycanda bahalaşma çon 15 ildə heç vaxt sabitləşməyib, bir dəfə olsun ucuzlaşma tendensiyası müşahidə edilməyib. Dünya bazarlarında isə son 15 ildə kifayət qədər ucuzlaşma tendensiyaları müşahidə olunub. Hətta, Azərbaycan hökuməti dünya bazarlarında neftin təbii qazın bahalaşmasını da, ölkədəki bahalaşma üçün arqument hesab edir. Halbuki, neftin təbii qazın bahalaşması Azərbaycan hökumətinə daha böyük dividendlər gətirir, hökumətin manevr imkanlarını artırır. Yəni bu imkanlar hesabına Azərbaycan xalqına enerji daşıyıcılarını daha ucuz qiymətə sata bilərdi. Lakin biz bu ilin əvvəlində tərsini müşahidə etməyə başladıq ilin sonuna qədər artım sosial tendensiyası davam edir.

İndi isə keçək hökumətin bahalaşmaya gətirdiyi arqumentlərin. İlk olaraq onu qeyd edək ki, hökumətin yarıtmaz iqtisadi siyasəti nəticəsində ölkənin istehlak bazarı idxaldan asılı vəziyyətə düşüb. Ölkə bazarlarında satılan kənd təsərrüfatı digər ərzaq məhsullarının yarıya qədəri xaricdən idxal edilir. Bu səbəbdən digər ölkələrdə baş verən bahalaşma birbaşa Azərbaycan bazarına təsir edir. Lakin idxal inhisarda olduğundan dünya bazarlarında baş verən ucuzlaşma daxili bazara təsirsiz ötüşür, belə ucuzlaşma yalnız inhisarçıların gəlirlərini artırır. Azərbaycan hökuməti bu 30 ildə inhisarçılığı aradan qaldıra, rəqabət mühiti yarada, daxili istehsalın artırılmasına nail ola bilsəydi, bu gün dünya bazarlarında baş verənlər ölkə iqtisadiyyatına bu cür ağır təsir edə bilməzdi.

Digər tərəfdən, Azərbaycanda qiymətlərin "ceyran belinə" çıxmasının səbəbi, yalnız xarici bazarlarda baş verənlərlə bağlı deyil. Belə ki, son bir il ərzində Azərbaycanda suyun qiyməti 2 dəfə, kanalizasiya xidmətinin qiyməti 2 dəfə, təbii qazın qiyməti 38,5, dizel yanacağının qiyməti 33,3, -92 benzini 11,1, dərman məhsullarının qiymətləri isə orta hesabla 15 faiz bahalaşıb. Həmin dövr ərzində bütün qonşu dövlətlərdə analoji mal xidmətlərin qiyməti 3-5 faizdən çox artmayıb. Dövlət tərəfindən tənzimlənən "açar qiymətlər" olan bu mal xidmətlərin məhsullarının bahalaşması ölkənin daxili bazarında bahalaşma təzyiqini artırır.

Bununla yanaşı, kənd təsərrüfatında su qıtlığı, zərərvericilərə qarşı istifadə edilən pestisidlərin gübrələrin idxalı hökumətin yarıtmaz iqtisadi siyasəti üzündən inhisara altındığından, onların keyfiyyətinin aşağı düşməsi, son nəticədə həm məhsuldarlığa mənfi təsir edib. Bu il kənd təsərrüfatı məhsullarının məhsuldarlığı orta hesabla 20 faiz aşağı düşdüyündən, məhsul qıtlığı bir qədər şiddətlənib. Bu isə məhsulların qiymətinin artmasına öz təsirini göstərib.

Beləliklə, sonda nəticə olaraq qeyd edə bilərik ki, Azərbaycanda müşahidə edilən bahalaşmanın səbəbləri kimi aşağıdakıları sadalamaq olar:

- dövlət tərəfindən tənzimlənən qiymətlərin orta hesabla 20-25 faiz artması;

- ölkə iqtisadiyyatının inhisar altında olması;

- su qıtlığı;

- məhsul qıtlığı:

- yarıtmaz iqtisadi siyasət nəticəsində daxili bazarın idxaldan asılı vəziyyətə düşməsi bundan dolayı dünyada baş verən bahalaşmanın daxili bazara birbaşa, bir qədər gücləndirilmiş formada (inhisarçılar tərəfindən) təsir etməsi.

Bu təsirlər keçici deyil, davamlı xarakter daşıyır. Üstəgəl, artıq kənd təsərrüfatı məhsullarının mövsümü başa çatıb. Ona görə qarşıdakı aylarda bahalaşmanın daha yüksək templərlə davam edəcəyi gözləniləndir.

 Akif Nəsirli

0.043920040130615