Gürcüstan Azərbaycanın Avropaya çıxış qapısıdır

Gürcüstan Azərbaycanın Avropaya çıxış qapısıdır
 

Azərbaycan hələ müstəqilliyin ilk illərindən dünyaya inteqrasiya etmək, iqtisadi, siyasi mədəni baxımdan orqanik olaraq dünyanın bir parçasına çevrilmək, onunla tamlaşmaq hədəfini qarşıya qoyub. Ötən otuz ildə bu istiqamətdə çox vacib addımlar atılıb, gərəkən tədbirlər görülüb. Bütün bunların sayəsində respublikamız dünya birliyinin əksər mötəbər beynəlxalq təşkilatlara üzv olub, hətta bir sıra beynəlxalq təşkilatlara sədrlik edib. Yeri gəlmişkən, bu il Qoşulmamaq Hərəkatında Azərbaycanın sədrlik müddəti başa çatıb. Azərbaycanın dünyaya inteqrasiyası iki istiqamətdə həyata keçirilir. İstiqamətlərdən biri dünya birliklərinə inteqrasiya, digəri isə dünya ölkələri ilə ikitərəfli münasibətlərin qurulması inkişaf etdirilməsidir. Ölkəmiz artıq dünya ölkələrinin böyük əksəriyyəti ilə ikitərəfli münasibətlər qurub. Region ölkələrinə gəldikdə isə, məlum səbəbdən Ermənistan istisna digər qonşu ölkələrlə, o cümlədən postsovet məkanında imperyanın dağılması ilə müstəqillik əldə etmiş bütün dövlətlərlə ikitərəfli münasibətlər yaradılıb. Həmin ölkələrdə Azərbaycanın, Bakıda isə həmin ölkələrin fövqaladə səlahiyyətli səfirlikləri fəaliyyət göstərir.

Belə ölkələrdən biri Gürcüstandır. Gürcüstan həm Azərbaycanın yaxın qonşusu, həm region, həm postsovet məkanına daxil olan ölkələrdən biridir. Azərbaycan xalqının belə bir atalar sözü var: "Uzaq qohumdan, yaxın qonşu yaxşıdır". Bu atalar sözu dövlətlər üçün keçərlidir. Birincisi, hər bir dövlətin qonşusu onun təhlükəsizlik sisteminə daxil olan elementlərdən biridir. Qonşu dövlətlə münasibətlər yüksək səviyyədədirsə, deməli həmin qonşu dövlətin müdafiə sistemində güvənli elementlərdən biridir. Digər tərəfdən hər hansı bir təbii ya texnogen fəlakətlər zamanı qonşu dövlətlər buna daha çevik operativ reaksiya verə bilər. Belə hadisələri qonşuluq münasibətlərinin indikatoru da saymaq olar. Məsələn, bu ilin yayında Türkiyəni saran meşə yanğınlarının söndürülməsində Yunanıstandan başqa bütün qonşu ölkələr Türkiyəyə dərhal öz yardımını təklif etdi. Sözsüz ki, Azərbaycan da bu prosesdə yaxından iştirak edən ölkələr sırasında oldu, amma bu yardım üçün resursların cəlb edilməsinə xeyli zaman lazım gəldi. Lakin Naxçıvanda olan bölmələrimiz bu hadisəyə daha operativ cavab verdi, ona görə ki, Türkiyə ilə sərhəddə malikdir.

Yaxın qonşudan söhbət düşmüşkən, bu dəfə Gürcüstan-Azərbaycan münasibətlərindən söhbət açmaq istəyirik. Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci ilin noyabr ayının 18- qurulub. Yəni Azərbaycan müstəqillik əldə etdikdən cəmi bir il sonra qonşu ölkə ilə diplomatik əlaqələr qurulub. Bundan cəmi iki il yarım sonra - 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996- ilin mart ayında isə Tiflisdə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına çox böyük töhfə verdi.

Bu iki ölkə arasında müstəqillik illərində yaranan münasibətləri iki mərhələyə bölmək mümkündür. Bu münasibətlərin birinci mərhəsi 1991-ci ildən 1993- ilə qədər olan dövrü özündə ehtiva edir. Bu dövrü şərti olaraq Z. Qamsaxurdiya dövrü adlandırmaq olar. Bu dövrdə yaranan gürcü millətçiliyi yerli azərbaycanlılara qarşı çevrilmişdi. Həmin vaxtlarda gürcü millətçiliyi Qafqazda Azərbaycanın milli mənafeyinə təhlükə kimi qiymətləndirilirdi. Belə ki, həmin vaxt yerli azərbaycanlılara qarşı milli ayrı-seçkilik siyasəti yeridilirdi ki, bundan da soydaşlarımız əziyyət çəkirdi. Lakin 1993- ildə Azərbaycanda Heydər Əliyevin, Gürcüstanda isə Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi Cənubi Qafqazda iki xalq arasında ziddiyyətlərin aradan qalxması üçün bir fürsət oldu. Bu iki liderin qaşılıqlı anlaşması, Azərbaycanla Gürcüstan arasında həm siyasi müttəfiqliyin yaranmasına səbəb oldu desək, yanılmarıq. İki qonşu dövlətin möhkəmlənməsi, beynəlxalq əlaqələrin genişlənməsi Cənubi Qafqazda nisbi siyasi sabitliyin yaranması, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafına yeni töhfələr verdi.

Belə ki, 1994- ildə "Əsrin Müqaviləsi"nin bağlanması ilə Azərbaycanın enerji resurslarının Avropaya çıxarılması ehtiyacları yarandı. Azərbaycan hökuməti həmin ərəfədə üç potensial marşrutu nəzərdən keçirirdi. Nəzəri baxımdan, İrandan, Ermənistandan Gürcüstandan keçməklə Avropaya çıxış əldə etmək olardı. Ermənistandan keçə bilən marşurut, ümumiyyətlə müzakirə predmeti ola bilməzdi. İrandan keçən marşurut Azərbaycanın avropalı tərəfdaşları, ölkəmiz üçün reallıqda məqbul deyildi. Ona görə , təbii olaraq Gürcüstan marşurutu seçildi. Beləliklə, Transqafqaz Transxəzər enerji resursları magistralının təhlükəsizliyinə təminat verən Gürcüstan, həm öz iqtisadiyyatının gələcək inkişaf trendlərini müəyyənləşdirmiş oldu. Nəticə etibarı ilə "Bakı-Tiflis-Ceyhan" əsas ixrac neft kəməri, "Bakı-Tiflis-Ərzurum" qaz kəməri "Bakı-Tiflis-Qarş" dəmir yolu Gürcüstan ərazisindən keçməklə Avropaya çıxışı təmin etdi. Bu gün Gürcüstanın dövlət büdcəsi gəlirlərinin 40 faizindən çoxu Azərbaycanın bu ölkə üzərindən həyata keçirdiyi layihələrdən əldə edilən vergilər hesabına formalaşır. Bununla yanaşı, dünya bazarında "mavi yanacağ"ın min kubmetrinin qiyməti min dollar ətrafında tərəddüd etdiyi bir dövrdə Azərbaycan yaxın qonşusu olan Gürcüstana qazın min kubmetrini 132 dollara satır. Gürcüstan da bu güzəştləri dividentləri qarşılıqsız qoymur, beynəlxalq səviyyədə Azərbaycana gərəkən dəstəyi verir.

Məsələn, 44 günlük Vətən Müharibəsində Gürcüstan Rusiyadan digər ölkələrdən Ermənistana hərbi yüklərin daşınması üçün öz quru yollarını hava məkanını qapatdı. Rusiya məcbur olaraq Qazaxıstan, Türkmənistan İran hava marşurutunu seçdi ki, bu da operativlk baxımdan xeyli səmərəsizi idi.

Bu baxımdan, Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biri, bəlkə birincisidir.

Eyni zamanda, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib genişləndirir. 1998-ci il sentyabrın 7-8- Tarixi Böyük İpək yolunun bərpası üzrə Beynəlxalq Konfrans keçirildi, 1998-ci il oktyabrın 7- Azərbaycanın Gürcüstanla sərhədində yeni körpünün açılışı oldu, 1999-cu il aprelin 17- isə Bakı-Supsa neft kəməri işə salındı. Ötən dövrdə hər iki ölkənin həyatında tarixi əhəmiyyətə malik olan Bakı-Tiflis-Ceyhan neft ixrac kəmərinin tikintisi sahəsində intensiv işlər aparılıb. Nəhayət, 2005-ci il mayın 24-25- neft kəmərinin Azərbaycan, oktyabrın 12- isə Gürcüstan hissəsinin istifadəyə verilməsi mərasimi keçirilib.

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılıb ilk rəhbəri mərhum Zahid Qaralov olub.

 Akif Nəsirli

 Yazı  Azərbaycan
Respublikası Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

0.014416933059692