ABŞ strateji ehtiyatdan 50 milyon barel neftin buraxdı
Paralel.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden çərşənbə axşamı, noyabrın 23-də ölkənin neft ehtiyatlarının bir hissəsini xammal qiymətlərini aşağı salmaq üçün istifadə edəcəyini açıqlayıb. Bu barədə Ağ Ev məlumat yayıb:
"Prezident bu gün Energetika Departamentinin amerikalılar üçün qiymətləri aşağı salmaq və pandemiyadan yaranan tələb ilə təklif arasındakı uyğunsuzluğu aradan qaldırmaq üçün strateji neft ehtiyatından 50 milyon barel neftə çıxışı təmin edəcəyini açıqlayır".
.Çin, Hindistan, Yaponiya, Koreya və Böyük Britaniyanın ehtiyatların bir hissəsinin istifadəsi ilə bağlı analoji qərar qəbul etdiyi qeyd edlir.
Bir gün əvvəl qarşıdan gələn qərar barədə Bloomberg məlumat yayıb. Bu yaxınlarda Brent markalı neftin yanvar fyuçerslərinin dəyəri həftə ərzində 3,6% ucuzlaşıb. Cəmi bir ay ərzində Brent 8%, WTI isə 9% ucuzlaşıb.
Agentlik qeyd edib ki, bu, xüsusən Baydenin qərarı fonunda baş verib, Gazeta.Ru saytı yazır.
Akif Nəsirli