Fikrət Fərəməzoğlu: “İran Ermənistana benzin satışını dayandırıb”
Buna səbəb kimi, Qafan-Gorus yolunda Azərbaycan tərəfinin dolu maşınlardan 250, geri dönən boş maşınlardan isə 150 dollar tranzit haqqı alınmasını göstərib.
Erməni tərəfi isə deyir ki, İran benzini baha olduğu üçün gətirmək sərf eləmir. Halbuki bu inandırıcı deyil. Hazırda İranda benzinin pərakəndə satış qiyməti 18 qəpik təşkil edir. Bu isə təxminən 10 sent deməkdir. Topdansatış qiymətlər isə bundan minimum 2-3 faiz aşağı olur. Ermənistanda isə hazırda bir litr benzinin pərakəndə satış qiyməti 42 sentə bərabərddir. Yəni, İrandan 16 qəpiyə alınan benzini 600 dollar yolpulu, üstəlik 400 dollar tranzit haqqı ödənilsə belə, yenə 1 litri 42 sent olmaz.
Ardından da ermənilər ənənəvi olaraq, dünən "qardaş" dedikləri İranı bu gün Azərbaycana işləməkdə ittiham edirlər.
Paralel.az