Kreml ABŞ-ı “demokratiya” sözünü özəlləşdirməkdə ittiham edib

Kreml ABŞ-ı “demokratiya” sözünü özəlləşdirməkdə ittiham edib
 

Prezidentin sözçüsü Peskov: "Birləşmiş Ştatlar öz demokratiya konsepsiyasını başqalarına təlqin edir"

Birləşmiş Ştatlar başqa ölkələrə demokratiyanın nə olduğu ilə bağlı fikrini təlqin edir və bu sözü özəlləşdirməyə çalışır.

Paralel.az xəbər verir ki, bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vaşinqtonun təşəbbüsü ilə təşkil olunacaq qarşıdakı “Demokratiya Sammiti”ni şərh edərkən deyib. TASS Kremlin sözçüsündən sitat gətirir.

Peskov deyib ki, yerli xalqa burada yer yoxdur, Birləşmiş Ştatlarda və Avropada milyonlarla insan yoxsulluq və təhqirlərə dözür. Niyə orada kiçik xalqlar qorunmur?

.“ABŞ demokratiya sözünü özəlləşdirməyə çalışır. Onların fikrincə, demokratiya yalnız Vaşinqtonun anlayışına uyğun gələn şeydir. Aydındır ki, bu belə ola bilməz və olmamalıdır”, - deyə Peskov əlavə edib.

ABŞ Dövlət Departamenti 9-10 dekabr tarixlərində videokonfrans vasitəsilə keçiriləcək "Demokratiya Sammiti"nə 110 ölkə və regionu dəvət edib. Eyni zamanda, Rusiya, Çin, Türkiyə, Səudiyyə Ərəbistanı və bir sıra digər ölkələr, o cümlədən ABŞ-ın ənənəvi müttəfiqləri dəvət olunanlar sırasında yoxdur.
Akif Nəsirli

0.035473108291626