ABŞ asteroidin trayektoriyasını dəyişdirmək istəyir
Paralel az INTERFAX.RU-ya istinadən xəbər verir ki, ABŞ çərşənbə günü asteroidlərlə toqquşmadan Yer mühafizəsi texnologiyasını sınaqdan keçirmək üçün DART kosmik gəmisini orbitə buraxıb. Bu barədə NASA məlumat yayıb.
Buraxılış SpaceX-in Moskva vaxtı ilə saat 09:21-də Kaliforniya ştatının Vandenberq Kosmik Qüvvələri bazasından buraxılmış ağır Falcon 9 raketi ilə həyata keçirilib.
DART (Double Asteroid Redirection Test) missiyasının vəzifəsi kinetik təsir vasitəsilə Yerlə toqquşma təhlükəsi yaradan asteroidin uçuş trayektoriyasının dəyişdirilməsinin mümkünlüyünü yoxlamaqdır.
Hədəf 160 metr diametrli Dimorf (Dimorfos) asteroididir, onun üzərinə qurğu Yerdən 11 milyon km məsafədə düşəcək. Çəkisi 633 kq olan zond asteroidin hərəkətinə təsir göstərmək üçün 2022-ci ilin sentyabr-oktyabr aylarında saniyədə 6,6 km sürətlə ona çırpılmalıdır. Toqquşma beş gün əvvəl zonddan ayrılacaq İtalyan LICIACube cubesat tərəfindən izləniləcək.
NASA-nın məlumatına görə, missiya zamanı mütəxəssislər DRACO teleskopundan istifadə etməklə bir çox sınaqlar, o cümlədən də bir sıra nümayiş texnologiyalarını sınaqdan keçirəcəklər. .Onlar vurğulayıblar ki, uçuş zamanı NASA üçün hazırlanmış SMART Nav cihazının axtarış və təyinat sistemi sınaqdan keçiriləcək, o asteroidə yaxınlaşmadan bir saat əvvəl işə başlayacaq.
Didimos asteroid sisteminin bir hissəsi olan Dimorf Yer üçün heç bir təhlükə yaratmır. O NASA tərəfindən kosmik gəminin kiçik göy cismi ilə toqquşması texnologiyasının uçuş yolunu dəyişdirmək üçün effektivliyinin sınaqdan keçirilməsi üçün subyekt kimi seçilmişdir.
Akif Nəsirlu