Şəhid ailələrinə sosial ödənişlər təyin edilib

Şəhid ailələrinə sosial ödənişlər təyin edilib
 

Paralel.az xəbər verir ki, noyabrın 16-da şəhid olan 7 hərbçimizin ailə üzvlərinə sosial ödənişlər təyin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazirlik əməkdaşları şəhidlərimiz - leytenant Niftəliyev Ümüd Oruc oğlu, gizir Cabbarov Orxan Hətəm oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu, əsgər Ağayev Elçin Mərifət oğlu, əsgər Əlizadə Elmin Samir oğlu, əsgər Əliyev Elçin Ramil oğlu, əsgər Xəlilov Murad Qalib oğlunun ailələri ilə görüşərək onların sosial vəziyyətini öyrəniblər.
Akif Nəsirli

0.020385980606079