Sabiq baş nazir ünvanlı suallar verir

Sabiq baş nazir ünvanlı suallar verir
 

Paralel.az xəbər verir ki, sabiq baş nazir X.Arutyunyan bir sıra açıqlama  verib: “Üçtərəfli bəyanatdan sonra Nikol Paşinyan bildirib ki, müharibə bitib və regionda yeni münasibətlərin formalaşması üçün imkanlar yaradılmalıdır.  
Paşinyan onu da bildirib ki, əraziləri təslim etməklə biz Sünikdə hərbi əməliyyatların qarşısını alırıq, lakin bu gün məhz orada döyüşlər aparılır. Əgər noyabrın 9-da verilən bəyanata görə, bu, nəzərdə tutulmayıbsa, biz niyə qoşunları geri çəkdik? Səlahiyyətlilər niyə belə edir? Hansı razılaşma ilə? Bu razılıq kimlə əldə olunub?
2020-ci il müharibəsindən sonra bir dənə də strateji yüksəklik ələ keçirilməyib, heç bir mühəndislik işi aparılmayıb. Üstəlik, Ermənistan hakimiyyəti buna ehtiyac olmadığını bildirib.
Biz  Gəncə-İcevan-Dilican-İrəvan-Naxçıvan dəmir yolundan niyə istifadə etməyək? Rusiya Gürcüstandan yan keçərək Türkiyəyə mal tədarük etmək istəyirsə, bu, Rusiya üçün də ən yaxşı variantdır?”.
Nigar

0.024949789047241