AQTİ xəbər verir
AQTİ (Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu) xəbər verir ki, keyfiyyətli heyvan mənşəli qida məhsullarının əldə edilməsi üçün kənd təsərrüfatı heyvanlarının rifahının təmin olunmasında bir sıra amillər nəzərə alınmalıdır.
1.keyfiyyətli yem və su ilə təmin olunmalı
2.hərəkətliliyi təmin olunmalı
3.müntəzəm günəş şüası qəbul etməli
4.stres yaradan amillərdən qorunmalı
5.düzgün saxlanma və bəslənmə şəraiti ilə təmin olunmalı
6.həddən artıq isti və soyuğa məruz qalmamalı
7.xəstəliklərdən və zədələnmələrdən qorunmalı.
Nəzərə almaq lazımdır ki, stres amilləri ətin bərk, quru, solğun və dadsız olmasına səbəb olur.
Şahnaz Salehqızı, Paralel.az