Belarus Baş Qərargahı NATO ilə əməkdaşlığı dayandırdığını açıqladı

Belarus Baş Qərargahı NATO ilə əməkdaşlığı dayandırdığını açıqladı
 

Paralel.az INTERFAX.RU-ya istinadən xəbər verir ki, Belarus və NATO arasında praktiki əməkdaşlıq dayandırılıb. Bunu çərşənbə axşamı Silahlı Qüvvələrin Baş Qərargah rəisi - Belarus müdafiə nazirinin birinci müavini, general-mayor Viktor Quleviç deyib.

"Bu günlərdə Avropa dövlətləri tərəfindən daha bir qeyri-dost addım atıldı. NATO-nun təşəbbüsü ilə daha bir dialoq kanalı məhdudlaşdırıldı və Şimali Atlantika Alyansının Belarus Respublikası ilə praktiki əməkdaşlığı dayandırıldı", - Ouleviç bildirib.

Onun şərhinin videoçarxı Müdafiə Nazirliyinin teleqram kanalında yayımlanıb.

O, həmçinin bildirib ki, Minsk ölkəyə qəfil hücumun qarşısını almaq üçün döyüş hazırlığının intensivliyini artıracaq.

Qulyeviçin sözlərinə görə, Polşa, Litva və Latviya öz hərbi kontingentlərini artırırlar.
Akif Nəsirli

0.097003936767578