Erməni siyasətçi: “Dekabrın 15-nə qədər Rusiya öz görüşünü təşkil edəcək”

Erməni siyasətçi: “Dekabrın 15-nə qədər Rusiya öz görüşünü təşkil edəcək”
 

Paralel.az xəbər verir ki,  siyasətçi Armen Aşotyan Brüsseldəki görüşün  Rusiyanın təşəbbüsü ilə baş tutacağını söyləyib: “Lavrov deyib ki, kompromislər olmasa, görüşmək mənasızdır.
Rusiya ilə Avropanın niyyəti arasında fərq var. Rusiya tərəfinin burada aktyor olduğunu sübut etməyə ehtiyac yoxdur, Avropaya isə bu lazımdır.
Ona görə də Avropa üçün Brüsseldə belə bir görüşün keçirilməsi faktı reallığa və nailiyyətə çevrilir. Rusiya tərəfi üçün isə sənədlər vacibdir.
Düşünürəm ki, dekabrın 15-də Brüsseldə gözlənilən görüşə qədər Rusiya  öz görüşünü təşkil edəcək”.
Nigar

0.076557874679565