Ermənilər Paşinyanı və sələflərini günahlandırır

Ermənilər Paşinyanı və sələflərini günahlandırır
 

Paralel.az xəbər verir ki, erməni mətbuatı  rəsmiləri satqınlıqda suçlayan  məqalə yayımlayıb: “Ermənistan müxalifəti baş nazir Paşinyanı ötənilki müharibədə məğlubiyyətin və bütün acınacaqlı nəticələrin əsas günahkarı kimi təqdim etməyə çalışır.  
Eduard Şarmazanov qəzəblə Paşinyana hücum edib. O deyib ki, partiyası mövcud hakimiyyətə qarşı mübarizənin mərkəzindədir və onun gündəliyində yalnız bir əsas məsələ var - kapitulyatorlardan ibarət bu rejimin ləğvi.
Bəli, müharibə və məğlubiyyət Paşinyanın dövründə olub. Amma Paşinyan  məğlubiyyətə görə erməni xalqı qarşısında, məhkəmədə  cavab verməlidirsə, o zaman birincilər də cavab verməlidir - Köçəryan, Sarkisyan, Ohanyan, Xaçaturov, Şarmazanov .
Bu, kollektiv məsuliyyətdir. Ölkəni belə vəziyyətə gətirən Köçəryandan tutmuş Paşinyana qədər - Ermənistanın bütün hərbi-siyasi elitasıdır”.

Nigar
0.086330890655518