Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası ilə bağlı dinləmələr keçiriləcək
Paralel.az RİA Novosti-ya istinadən xəbər verir ki, noyabrın 25-də Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası məsələsi üzrə parlament dinləmələri keçiriləcək. Bu barədə çərşənbə axşamı qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.
.“Noyabrın 25-də parlamentin “Ermənistan” fraksiyasının təqdim etdiyi “Sərhədin delimitasiyası və demarkasiyası problemləri” mövzusunda Milli Assambleyanın bəyanatı layihəsi üzrə parlament dinləmələri keçiriləcək”, - deyə parlamentin saytında yerləşdirilən məlumatda deyilir.
Noyabrın 18-də Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, RF Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı hazırlıq işləri ilə bağlı təkliflə çıxış edib. O, respublikanın müdafiə naziri Suren Papikyana rusiyalı həmkarı ilə təkliflər əsasında işə başlamaq üçün işin təfərrüatlarını dəqiqləşdirməyi tapşırıb.
Akif Nəsirli