Yol polisindən sürücülərə XƏBƏRDARLIQ: “100 manat məbləğində cərimə nəzərdə tutulub”

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ: “100 manat məbləğində cərimə nəzərdə tutulub”
 

 

“Günün pik saatlarında apardığımız müşahidələr göstərir ki, bəzi sürücülər yüklənmiş hərəkət istiqamətində səbirsizlik edərək, boş hesab etdikləri qarşı hərəkət zolağına çıxmaqla kobud qayda pozuntusuna yol verirlər. Bu kimi qayda pozuntularına yol verən sürücülər unutmamalıdır ki, həmin faktların mütləq əksəriyyəti müşahidə kameraları və xüsusi texniki vasitələrlə qeydə alınır”.

Bunu Paralel.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib. O bildirib ki, bu qayda pozuntularına yol verən sürücüləri inzibati qanunvericiliklə 100 manat və 4 cərimə balı nəzərdə tutulub:

“Qaydaları kobud şəkildə pozan sürücünün yaratdığı təhlükənin cinayət tərkibli əmələ çevrilməsi, yəni hər hansısa ağır yol-nəqliyyat hadisəsinin baş verməsi an məsələsidir. Məsuliyyətsizlik hər zaman inzibati tənbehlə yekunlaşmır. Bir daha sürücülərdən xahiş edirik ki, özlərini və ətrafdakı insanların həyatını məsuliyyətsizliyin qurbanına çevirməsinlər. Bütün sürücülərdən və hərəkətin digər iştirakçılarından yol hərəkəti qaydalarına əməl etməyi və intizamlı olmağı xahiş edirik”.

0.017964124679565