Saakaşvilinin hansı şərtlərlə azadlığa buraxıla bilər?

Saakaşvilinin hansı şərtlərlə azadlığa buraxıla bilər?
 

"Mixeil Saakaşvilinin həbsdən azad edilməsi üçün müvafiq hüquqi baza lazımdır, lakin qeyd-şərtsiz səslənən tələblərin hüquqi əsası yoxdur".

Paralel.az 24News.ge-yə istinadən xəbər verir ki, bu sözləri Ədliyyə naziri Rati Breqadze, Saakaşvilinin hansı şərtlər əsasında azadlığa buraxıla bilər sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, dövlət həmişə qanunvericiliyə uyğun hərəkət edəcək: “Bütün bunlar üçün müvafiq hüquqi əsaslar lazımdır. İnsanın həbsdən çıxması üçün cəzasını çəkməli və ya əfv olunmalı, ya da amnistiyaya düşməli, yaxud da, cəzanın icrasının təxirə salınmasından söhbət gedirsə, burada ona məhkəmənin hökmü lazımdır. Bu məsələlər Gürcüstan qanunvericiliyinə uyğun olaraq öz həllini tapır və təbii ki, belə qeyd-şərtsiz səslənən tələblərin hüquqi əsası yoxdur. Əlbəttə, biz həmişə qanuna uyğun hərəkət edəcəyik və Gürcüstan qanunvericiliyini sona qədər qoruyacağıq”, - deyə Rati Breqadze bildirib
A.Nəsirli

0.14583206176758