Ali təhsilli mütəxəssislərin sayı əmək bazarındakı tələbatdan çoxdur

Ali təhsilli mütəxəssislərin sayı əmək bazarındakı tələbatdan çoxdur
 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilovun sözlərinə görə, Azərbaycanda ali təhsilli mütəxəssislərin sayı əmək bazarındakı tələbatdan çoxdur.

 

"Peşə təhsilli mütəxəssislərlə bağlı vəziyyət isə tərsinədir, bazarda belə mütəxəssislərə ciddi ehtiyac var, lakin kadr çatışmır. Bəziləri ali təhsilli kadrlarla bağlı say çoxluğunu rəqabətli vəziyyət kimi dəyərləndirirlər. Amma biz bazarda balans yaratmalıyıq ki, gənclər təhsillərini bitirdikdən sonra işsiz qalmasınlar. Məsələn, Almaniya kimi ölkədə peşə məktəblərinin sayı universitetlərin sayından çoxdur. Ona görə də əmək bazarında ixtisaslı kadrlarla bağlı balans mövcuddur, həm də peşə məktəblərinə yüksək maraq var. Biz də peşə məktəblərinə marağı artırmaq üçün stimullaşdırıcı tədbirləri davam etdirməliyik".

 

Şahnaz Salehqızı

0.031984090805054