Erməni deputat: “Hakimiyyət öz işini unudub”
Paralel.az xəbər verir ki, deputat Tiqran Abramyan Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın ittiham aktına istinad edərək yazıb: “Hakimiyyət işini unudaraq, müxtəlif böhran vəziyyətlərində insanları “işğal etmək”lə məşğuldur.
Siyasi və ictimai xadimlərə cinayət işi açmaqla, onlara ittiham irəli sürməklə sensasiya yaratmaq mümkün deyil.
Hədəfdə Serj Sarkisyan olsa belə, hakimiyyətin ənənəvi üsulları artıq işləmir. Çünki prezidentə şantaj, təhdid və ya başqa yolla təsir etmək mümkün deyil”.
Nigar